XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 March 2019 - 13:43

Konor Makqreqor döyüş meydanından getdi- Karyerasını bitirdiyini elan etdi

İrlandiyalı qaydasız döyüşçü Konor Makqreqor karyerasını bitirdiyini elan edib.

Trend-in məlumatına görə, bu barədə idmançı “Twitter” səhifəsində yazıb.

UFC kateqoriyasında ən populyar idmançılardan hesab olunan K.Makqreqor karyerası ərzində 25 döyüş keçirib və onun 21-də qalib gəlib.

O, sonuncu döyüşünü ötən ilin oktyabrında rusiyalı idmançı Həbib Nurməhəmmədova qarşı keçirib və məğlub olub.

K.Makqreqor eyni zamanda iki çəki dərəcəsində çempion olmuş ilk döyüşçüdür.