XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

26 Mart 2019 - 18:43

Çin Colan təpələrinin statusunun dəyişdirilməsinə etiraz edir- Nazirdən açıqlama

Çin Xalq Respublikası Colan təpələrinin statusunun birtərəfli qaydada dəyişidirilməsinə etirazını bildirib.

Azərtac xəbər verir ki, bu bəyanatla Çin Xarici İşlər Nazirliyinin rəsmisi Lu Kan gündəlik mətbuat konfransında çıxış edib. O, bölgədə gərginliyi yüksəltməyin yolverilməz olduğunu vurğulayıb.

“Beynəlxalq ictimaiyyət Colan təpələrini işğal olunmuş ərazi kimi tanıyır”, – deyən Lu Kan xatırladıb ki, BMT Təhlükəsizlik Şurası İsraili Colan təpələrindən çəkilməyə çağıran bir neçə qətnamə qəbul edib.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp İsrailin Colan təpələri üzərində suverenliyinin tanınması barədə sənədə imza atıb.