XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

28 Fevral 2016 - 01:50

Ramzan Kadırov:“Boris Nemtsovu mən öldürməmişəm”

 

ramzan

 

 

Çeçenistanın rəhbəri Ramzan Kadırov bildirib ki, Rusiya baş nazirinin keçmiş birinci müavini, müxalifət lideri Boris Nemtsovun qətlinə heç bir aidiyyəti yoxdur.

 

“Nemtsov mənə mane olmurdu. Ona görə ki… mənim səviyyəm deyildi. Mən nə üçün?”, – deyə o, NTV-nin efirində bildirib.

 

O, həmçinin keçmiş baş nazir Kasyanovun nəyə görə hədəfə alınmış videosunu paylaşdığını da aydınlaşdırıb. Çeçen rəhbər deyib ki, bu, Kasyanova “düzgün siyasi yol tutmadığını izah etmək” cəhdi olub.

 

Boris Nemtsov  27 fevral 2015-ci ildə Moskvada qətlə yetirilib. Bununla bağlı Zaur Dadayev həbs edilib. Kadırov isə Dadayevi “Rusiyanın vətənpərvər oğlu” adlandırıb.