Martın 27-nə keçən gecə İsveçin paytaxtı Stokholmun qərb hissəsində baş verən partlayış nəticəsində bir neçə nəfər yaralanıb.
“Aftonbladet” qəzetinin yerli polisə istinadla yaydığı məlumata görə, partlayış zamanı şüşə qırıntıları ilə yaralanan bir nəfərin vəziyyəti ağırdır. İnsident nəticəsində avtomobillərə və ətrafdakı binalara zərər dəyib.
Hazırda hadisənin baş verdiyi ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. Partlayışın səbəbləri hələlik məlum deyil. (Azərtac)