XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

28 Fevral 2016 - 11:27

Rusiyada şaxtada partlayış- 6 nəfər həlak oldu

 

1456634610482164104_1000x669

 

Vorkutadakı “Severnaya” şaxtasında axtarış-xilasetmə əməliyyatları zamanı baş verən təkrar partlayış nəticəsində daha 6 nəfər həlak olub, 5 nəfər xəsarət alıb. Həlak olanların beşi xilasedici, biri isə mədən işçisidir. Onların hamısı Komi Respublikasının sakinləridir.

 

Strateq.az azertag.az-a istinadən xəbər verir ki, operativ qərargahdakı mənbə partlayışın yerin 748 metr dərinliyində meydana gəldiyini bildirib. Rusiya FHN-nin nümayəndəsinin verdiyi məlumata görə, hazırda şaxtada yeni partlayış ehtimalı yüksəkdir və bütün işlər dayandırılıb.

 

Xatırladaq ki, fevralın 25-də “Severnaya” şaxtasında metan qazının qəfil partlaması nəticəsində uçqun və yanğın baş verib. Hadisənin ilk saatlarında mədəndəki 111 şaxtaçının 81-i xilas edilib, 4 nəfərin cəsədi tapılıb. Yer altında qalan 26 şaxtaçının taleyindən isə hələ bir xəbər yoxdur və onlarla bütün əlaqə kəsilib. Qəza anında şaxtaçılar yerin 780 metr dərinliyində olublar.

 

Rusiya Federasiyasının İstintaq Komitəsi mədəndə təhlükəsizlik qaydalarının pozulması ilə bağlı cinayət işi açıb.