XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

27 Mart 2019 - 16:43

Rusiya İsrailin Baş nazirinin açıqlamasını təkzib edib- Peskovdan açıqlama

İsrailin Baş naziri Binyamin Netanyahunun cari ilin fevralında Moskvaya səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinə “Suriya planı” təqdim etməsi doğru deyil.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Vurğulanıb ki, Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa təqdim etdiyi “Suriya böhranının həlli” planını Rusiyaya səfəri zamanı Vladimir Putinlə görüşdə də müzakirə edib.

B.Netanyahu bildirmişdi ki, Rusiya lideri ilə görüşdə məqsədlərindən biri İranın Suriyadan çıxarılmasıdır. Onun sözlərinə görə, Vladimir Putin bu plana çox “böyük maraq” göstərib.