XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

27 Mart 2019 - 17:16

Pakistan hava məkanını tamamilə açıb- Tranzit uçuşlar istisna olmaqla

Martın 27-də Pakistan tranzit uçuşlar istisna olmaqla hava məkanını uçuşlar üçün tamamilə açdığını bəyan edib.

Azərtac DawnNews telekanalının saytına istinadla xəbər verir ki, rəsmi İslamabadın bəyanatında Hindistanla gərginlikdən sonra 28 gün müddətində bağlanmış hava məkanının açıldığı bildirilib. Bundan əvvəl – martın ilk günlərində İslamabad, Kəraçi, Peşəvər və Quetta hava limanlarında uçuşlar bərpa olunmuşdu.

Lakin hökumətin bəyanatında hava məkanının tranzit uçuşlar üçün bağlı olduğu bildirilir. Pakistan Mülki Aviasiya İdarəsinin rəsmisi qeyd edib ki, təhlükəsizliyin təmin edilməsi məqsədilə Banqkok, Kuala Lumpur və Nyu Dehli şəhərlərinə uçuşlar həyata keçirilməyəcək.