XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 March 2019 - 21:02

Qazaxıstanda hərbi vertolyot qəzaya uğrayıb- 13 ölü

Qazaxıstan Müdafiə Nazirliyinin qəzaya uğrayan Mİ-8 vertolyotunun ekipaj üvlərinin hamısı həlak olub.

Trend-in məlumatına görə, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokaev “Twitter” səhifəsində yazıb.

Vertolyotun göyərtəsində 13 nəfər olub.

****

Qazaxıstan Müdafiə Nazirliyinin Mİ-8 vertolyotu Qızılorda əyalətində qəzaya uğrayıb.

Trend-in məlumatına görə, Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə hallar komitəsinin rəsmisi bildirib ki, vertolyot naməlum şəraitdə düşüb və tamamilə yanıb.

Qəzanın səbəbləri araşdırılır.

Qazaxıstan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, uçuş “Altın jebe” xüsusi birləşmələrinin qaranlıq və əlverişsiz hava şəraitində təlimi çərçivəsində həyata keçirilib.