XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 March 2019 - 08:49

İsrail Suriyaya raket zərbələri endirib –Elektrik enerjisi dayandırıldı

İsrail ordusunun hərbi hava qüvvələri Suriyanın Hələb şəhərinə raket zərbələri endirib.

Bu barədə Suriyanın dövlət televiziyası məlumat yayıb. Bildirilib ki, İsrail ordusunun Hələbin şimal-şərq hissəsinə atdığı raketlərdən bir neçəsi ölkənin raket əleyhinə müdafiə sistemləri tərəfindən məhv edilib.

Hücum nəticəsində bütün Hələbdə elektrik enerjisinin verilişi dayandırılıb.  (Report)