XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 March 2019 - 09:16

Avropa İttifaqı Trampın qərarını kəskin pislədi:"ABŞ-ın prezidentinin addımı BMT-nin 1981-ci il tarixli qətnaməsinə ziddir"

Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurası prezident Donald Trampın Qolan təpələrini İsrail torpağı kimi tanımaq qərarına qarşı çıxıb.

Avropa İttifaqının Xarici İşlər Departamenti martın 27-də bildirib ki, ittifaqın 28 üzvü Qolan təpələrinin işğal olunmuş ərazi sayılmasına dair BMT qətnaməsini yekdil şəkildə dəstəkləyir və bu ərazinin zor gücünə qəsbini rədd edir. Bu arada Britaniyanın BMT-dəki səfiri Karen Pierce Təhlükəsizlik Şurasına deyib ki, ABŞ-ın qərarı BMT-nin 1981-ci il tarixli qətnaməsinə ziddir.

Rusiyanın BMT-dəki səfir müavini Vladimir Safronkov deyib ki, Vaşinqtonun hərəkəti Yaxın Şərqdə sabitsizliyi artıra bilər. Təhlükəsizlik Şurasının digər üzvləri – Fransa, Almaniya, Belçika və Polşa martlın 26-da qanunsuz ilhaqın tanınmasının nəticələri barədə narahatlıq ifadə ediblər.

Şuranın sessiyası zamanı Birləşmiş Ştatlar bildirib ki, Qolan təpələrindəki BMT sülhməramlı qüvvələri İsrail və Suriya arasında sabitliyin saxlanmasında oynadığı həyati rolu davam erdirəcək. Bundan əvvəl Trampın qərarını Körfəz ölkələri, Səudiyyə və İran kəskin pisləyib.

ABŞ prezidenti Donald Trump martın 25-də Qolan təpələri üzərində İsrailin suverenleyini tanıyan bəyanat verib. Beləliklə o, 1967-cı ilin altıgünlük müharibəsi zamanı Suriyadan işğal edilmiş bu yaylanı İsrail ərazisi kimi tanıyıb.

Bu barədə bəyannaməni Ağ Evdə imzalayan Tramp deyib ki, Birləşmiş Ştatlar Qolan təpələri üzərində İsrailin suverenliyini onilliklər bundan əvvəl tanımalıydı.

İsrail 1967-ci ildə altıgünlük müharibə zamanı sahəsi 1800 kvadrat kilometr olan Qolan təpələrini ələ keçirib. Suriya 1973-cü ildə Qolan təpələrini İsraildən geri almağa cəhd göstərsə də, onun bu qəfil hücumu İsrail qüvvələri tərəfindən dəf edilib. 1981-ci ildə İsrail bu ərazini faktiki olaraq ilhaq edən qanunlar qəbul edib. İsrailin bu hərəkəti beynəlxalq icma tərəfindən heç vaxt tanınmayıb. (azadliq.org)