XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 March 2019 - 11:28

Əfqanıstanda İŞİD-lə “Taliban” arasında atışma olub –19 nəfər ölüb, 25 nəfər yaralanıb

Əfqanıstanda terrorçu İŞİD və “Taliban” arasında baş verəın atışma nəticəsində 19 nəfər ölüb, 25 nəfər yaralanıb.

“Haber7” xəbər verir ki, bunu Kunar əyalətinin valisi Əbdül Səttar Mirzakval KİV-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, atışma əyalətin Çapadərə rayonunda baş verib.

Mirzakval bildirib ki, atışma nəticəsində İŞİD-in silahlısı 17 ölüb, 15-i yaralanıb, “Taliban”ın isə 2 üzvü ölüb, 10 silahlısı yaralanıb.

Çapadərənin icra başçısı Xəlilullah Xəlili deyib ki, atışma nəticəsində “Taliban” Dərə-iNanglam və Dərə-i Digel bölgələrini ələ keçirib. O, atışma nəticəsində 2 min ailənin bölgə tərk etdiyini vurğulayıb/Report.