XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 March 2019 - 11:46

Qaçqınların qaçırdığı Türkiyə gəmisi… –Malta ordusu nəzarət altına aldı

Qaçqınlar tərəfindən Aralıq dənizində qaçırılan Türkiyə bayrağı altında üzən “Elhiblu1” adlı gəmi Malta ordusu tərəfindən nəzarət altına alınıb.

AZƏRTAC xəbər verir ki, tanker Palau bayrağı altında üzən qəzaya uğramış başqa bir gəmidə 108 nəfəri göyərtəsinə götürüb və gəmi qaçqınlar tərəfindən qaçırılıb.

Qeyd edək ki, gəmi martın 22-də Türkiyənin Tuzla şəhərindən hərəkət edib. 52 metrlik tankerin kapitanının türk, heyət üzvlərindən dördünün hind, birinin isə liviyalı olduğu bildirilir.