XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 March 2019 - 12:06

Paşinyanın reytinqi aşağı düşüb, Sarksiyanın nüfuzu isə qalxır –Rəy sorğusu

Ermənistanın Baş naziri Nikol Paşinyanın reytinqi aşağı düşüb, keçmiş prezident və baş nazir Serj Sarksiyanın, onun başçılıq etdiyi Respublikaçılar Partiyasının nüfuzu artıb.

“Qraparak” xəbər verir ki, bu, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mütəmadi olaraq keçirdiyi rəy sorğusunun nəticəsinə əsasən müəyyən edilib.

Bildirilib ki, rəy sorğusunun nəticəsinə görə, cari ilin yanvarında Nikol Paşinyanın reytinqi 51 faizə düşüb, Serj Sarksiyan və partiyasının nüfuzu isə 4 faizdən 8 faizədək yüksəlib.

Qeyd edək ki, ötən il dekabrın 9-da Ermənistanda keçirilən növbədənəkənar parlament seçkilərində “Mənim addımım” seçki bloku və “Çıxış” fraksiyasının lideri Nikol Paşinyanın başçılıq etdiyi siyasi 70,43 faizi səs toplayaraq, birpatriyalı hökuməti qurublar.

Paşinyanı dəstəkləmiş iş adamı, milyarder Qagik Tsarukyanın başçılıq etdiyi Çiçəklənən Ermənistan Partiyası 8,27faiz (103 824), İşıqlı Ermənistan 6,37 faiz (80 024) partiyaları 5 faizlik seçki baryerini aşıblar.

Keçmiş hakim Ermənistan Respublikaçılar Partiyası 4,7 faiz səs toplayaraq 5 faizlik baryeri aşa bilməyib/Report.