XƏBƏR LENTİ

13 İyul 2020
12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

28 Mart 2019 - 14:02

Çində kamikadze partlayış törətdi –İkisi polis olmaqla üç nəfər yaralandı

Çinin Lyaonin vilayətində naməlum şəxsin kustar üsulla hazırlanmış partlayıcını işə salması nəticəsində ikisi polis olmaqla üç nəfər yaralanıb. Kamikadzenin özü ölüb.

Bu barədə “South China Morning Post” qəzeti yerli polisə istinadla xəbər yayıb.

Bildirilir ki, hadisə vilayətin inzibati mərkəzi olan Şenyan şəhərində yerli vaxtla 13:50-də baş verib. Üzərində partlayıcı maddə olan şəxs Şenyan şəhəri 1-ci polis bölməsinə daxil olaraq, bombanı partladıb. Xəstəxanaya çatdırılan yaralıların vəziyyəti kafidir.

Sosial şəbəkələrdə yayılan foto və videolarda hadisə baş verən binada qatı tüstünün meydana gəldiyi görünür/Azertac.