XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Mart 2019 - 17:21

Gürcüstanda “pampers” aksiyası keçirilib –Şəhərdə ictimai ayaqyolları olmamasına görə

Gürcüstanın Kutaisi şəhər meriyasının binası qarşısında simvolik aksiya keçirilib.

Strateq.az “Report”a istinadən xəbər verir ki, aksiyanı müxalif “Azad Gürcüstan” partiyası təşkil edib.

Aksiya iştirakçıları əllərində uşaq bezləri (pampers) və qorşokları tutaraq şəhərdə ictimai ayaqyollarının olmamasına diqqət çəkiblər.

Partiyanın liderlərindən olan Qoqi Tsulaya uşaqbezləri və qarşokları şəhər meriyasına bağışlamaq istəyib: “Şəhər meriyası bizimhədiyyələri şəhərə gələnturistlərə verə bilər. İctimai ayaqyolları açılana qədər turistlər uşaq bezləri və qorşoklardan istifadə edə bilərlər”.

Kutaisi şəhər meriyasının mühafizəçiləri aksiya iştirakçılarının binaya daxil olmasına icazə verməyib.

Meriyadan bildirilib ki, şəhərdə ictimai ayaqyolları ilə bağlı problemin aradan qaldırılması üçün bu auksion elan olunacaq. Müvafiq müqavilənin imzalanmasından sonra Kutaisidə 4 ictimai ayaqyolu icarəyə veriləcək.