XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 March 2019 - 18:53

Putin Bişkekdə 17 müqavilə imzaladı –Rus qoşunları ilə bağlı müddət uzadıldı

Rusiya Prezidenti Vladimir Putin Bişkekə səfəri zamanı Qırğız Respublikası ilə 17 müqaviləyə imza atıb.

Bu barədə Qırğız Respublikası dövlət başçısının rəsmi saytı məlumat yayıb.

V.Putinlə qırğız həmkarı Sooronbay Janbekov arasında keçirilən görüşdə iki ölkə arasında Rusiya hərbi bazasının Qırğız Respublikası ərazisində daha çox qalması, statusu haqqında razılaşmaya dəyişikliklərə dair müqavilə imzalanıb.

2012-ci il sentyabrın 20-də imzalanan protokola əsasən, Rusiyanın hərbi bazası Qırğız Respublikasında yerləşdirilib. Manas hərbi aviabazasında ABŞ hərbçiləri dislokasiya olunmuşdu.

İmzalanan sənədlər arasında tərəflərin hərbi sahədə əməkdaşlıq, neft və neft məhsullarının tədürükü, dövlət xidmətindəki intelektual mülkiyyətlə bağlı mübadilə və başqa sənədlər var.

Qeyd edək ki, V.Putin martın 27-də Qırğız Respublikasına dövlət səfəri edib.