Rusiya tibbi ləvazimatlardan ibarət ikinci yardım paketini Venesuelaya göndərib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarova məlumat verib.
Onun sözlərinə görə, yardım BMT-nin əsas meyarları və Venesuela hökumətinin tələblərinə əsasən göndərilib. M.Zaxarova ölkəsinin Venesueladakı böhranın həllinə yardımçı olduğunu qeyd edib/Azərtac.