ABŞ Prezidenti Donald Tramp və Cənubi Koreya Prezidenti Mun Çje İn aprelin 11-də Vaşinqtonda görüşəcəklər.
AZƏRTAC “figaro.fr” saytına istinadla bildirir ki, bu barədə Ağ ev məlumat yayıb. Məlumatda qeyd olunur ki, ABŞ və Cənubi Koreya liderləri ikitərəfli münasibətlərə, həmçinin KXDR ilə danışıqlara dair fikir mübadiləsi aparacaqlar.