XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

29 Mart 2019 - 13:36

Türkiyə və Rusiya XİN başçıları görüşüblər –Ərdoğanla Putin arasında keçiriləcək zirvə görüşünə hazırlıq gedir

“Məqsədimiz Rusiya ilə ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaqdır”.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında bildirib. O, ötən il iki dövlət arasında ticarət dövriyyəsi həcminin 14 faiz artdığını da vurğulayıb.

Nazir bildirib ki, Rusiya ilə qarşılıqlı olaraq, vizanın ləğvi istiqamətində ikitərəfli görüş və müzakirələr davam edir. “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək zirvə toplantısına hazırlıq məqsədilə iclas gerçəkləşdirdik. İki lider Moskvada bir araya gələcək. Türkiyə ilə ticarət əlaqəmiz sabit şəkildə davam edir. 100 milyard dollarlıq hədəfimizə çatmaq üçün əlimizdən gələni edəcəyik. Eyni zamanda hərbi və müdafiə sahələrində də əməkdaşlıq məsələlərini müzakirə etdik. “S-400” müdafiə sistemlərinin Türkiyəyə tədarükü ilə bağlı fəaliyəti də məmnuniyyətlə izləyirik”, – deyə S.Lavrov vurğulayıb.

Onun sözlərinə görə, iki ölkə arasında viza rejiminin ləğvi istiqamətində də müzakirələr davam edir.