XƏBƏR LENTİ

24 Fevral 2020
23 Fevral 2020

Digər Xəbərlər

29 Mart 2019 - 16:26

Bu gün “Brexit” parlamentdə səsverməyə çıxarılır –Avropa İttifaqından ayrılmaq planı dalana dirənib

Britaniyanın Nümayəndələr Palatası Britaniyanın Avropa Birliyindən ayrılmasına dair cümə günü razılığın bir hissəsini səsverməyə çıxarır. Qanunvericilər yalnız razılaşmanın Avropa İttifaqından çıxmaq hissəsini səsverməyə qoyur ki, analitiklər bunun qəbul olunmasının çətin olacağını hesab edir.

Britaniyanın baş naziri Tereza Mey qanunvericiləri onun “Brexit” planını qəbul etmələri üçün sonuncu dəfə cəhd göstərir. Çərşənbə günü Parlament Britaniyanın Avropa Birliyindən ayrılmasına dair baş nazir Tereza Meyin planına alternativləri rədd etdikdən sonra “Brexit”in gələcəyi həmişə olduğundan daha qeyri-müəyyəndir.

Britaniyanın “Brexit” katibi, Stefen Barklay deyib ki, təklif edilən səkkiz fərqli razılığın rədd edilməsi faktı onu göstərir ki, Meyin təklif etdiyi plan ən yaxşı seçim idi. Tereza Meyin təklif etdiyi razılıq iki dəfə qəbul edilmədikdən sonra Nümayəndələr Palatası “Brexit”in həll edilməsi məsələsini baş nazirdən geri götürüb. (amerikanınsəsi.org)