XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

29 Mart 2019 - 17:11

Şoumen namizədi ukraynalıların 30 faizi dəstəkləyir –İkinci turda Zelenskinin rəqibi kim olacaq?

Ukraynada prezident seçkilərinə bir neçə gün qalır. Seçkiöncəsi sorğuların qalibi şoumen və iş adamı Vladimir Zelenski olaraq qalır. Onun real olaraq hazırkı prezident Petro Poroşenko və keçmiş baş nazir Yuliya Timoşenko kimi Ukrayna siyasətinin veteranları ilə seçkilərin ikinci turuna çıxmaq şansları var.

Ukrayna prezident seçkilərində 80 santimetr uzunluğunda seçki bülletenlərində 39 namizədin adı var. Bu, otuz ilə yaxındır müstəqil olan ölkədə rekord göstəcirilərdir.

İctimai rəy sorğularına görə, reytinqlərdə birinci yerdə aktyor və biznesmen Vladimir Zelenski qalır. O, “Xalqın qulu” teleserialında prezident rolunu ifa etməklə məşhurlaşıb. Kiyev sakini Valentinin fikrincə, gəncliyi deyil, siyasi baxımdan püxtələşməməsi onun ən zəif nöqtəsidir.

“O bu vəzifə üçün heç hazır deyil. Hətta xalqın arasında da nədənsə başı çıxan adamlar var. Burada isə adamın bəlkə biznes, şo biznesdən başı çıxır, amma siyasətdən yox.”

Zelenskiyə dəstək 30 faizdən artıqdır. Onun əsas rəqibləri – hazırkı prezident Petro Poroşenko və keçmiş baş nazir, “Batkivşina” parityasının lideri Yuliya Timoşenkoya dəstək 16 faizdən artıqdır. Poroşenko və Timoşenko arasında cüzi fərq var. Kiyev sakini Yegeniya Şmelkova bu üç favoriti dəstəkləmir.

“Onlardan heç biri məni təmin etmir. O biri namizədlər isə mübarizə aparmır. Ona görə də biz tərəddüd içindəyik. Seçkiyə get, amma… Əlbəttə, getmək lazımdır, amma nəticəni əvvəlcədən gözləmək olmaz.”

Əgər səsvermə nəticəsində namizədlərdən heç biri qəti qələbə qazana bilməsə, aprelin 21-də ikinci tur keçiriləcək. Sosioloqların ilkin hesablamalarına görə, Zelenski ikinci turun iştirakçısı ola bilər və hətta Poroşenko, ya da Timoşenko ilə qalsa, üstünlük də əldə edə bilər. Politoloq Vladimir Fesenkonun fikrincə, hər bir halda sabitliyin saxlanması olduqca vacibdir. Belə ki, hətta bir çox seçicinin əleyihə olduğu hazırkı prezidentin qələbəsi də böhranla nəticələnə bilər.

Məsələn, əgər Zelenski qələbə çalsa, müəyyən mənada qarışıqlıq, müəyyən siyasi idarəçilik xaosu yarana bilər, çünki onun təcrübəsi və komandası yoxdur. Yeni statusa uyğunlaşmaq, dövlət maşınının necə idarə edilməsini başa düşmək lazım gələcək,” Fesenko deyir.

Kim qələbə çalacaqsa, şərqdə müharibə, Krım problemi, ağır iqtisadi durum və korrupsiya məsələlərini həll etməli olacaq. Seçkilərdə digər 36 namizədə gəldikdə, təhlilçilərin fikrincə, onlar prezident vəzifəsi almaq deyil, daha çox payızda parlament seçkilərindən öncə tanınacaqlarına ümid edir.

(Amerikanın səsi)