XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 March 2015 - 13:27

Prezident anasına görə səfəri yarımçıq saxladı

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Türkiyədəki rəsmi səfərini yarımçıq qoyaraq ölkəsinə qayıdıb.

Berdiməhəmmədov rəsmi səfər çərçivəsində bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcəkdi. Ancaq dövlət başçısının anasının qəflətən halının pisləşməsi prezidentin ölkəsinə dönməsinə səbəb olub.

Qeyd edək ki, Qurbanqulu Berdiməhəmmədov səfər çərçivəsində bu gün İstanbulda Ərdoğanla görüşəcəkdi.

Bununla yanaşı, Berdiməhəmmədovun çırağan Sarayında Beynəlxalq Türkmənistan İnvestisiya Forumunda iştirakı da gözlənilirdi.

Ancaq prezidentin səfər proqramında qəfil dəyişiklikdən sonra Berdiməhəmmədov Ankaradan İstanbula gəlməyib və birbaşa ölkəsinə qayıdıb(Anspress).