XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

29 Mart 2019 - 20:46

Böyük Britaniya parlamenti Brexit sazişini üçüncü dəfə rədd edib

Böyük Britaniya parlamenti bu gün keçirilən iclasında Brexit sazişini üçüncü dəfə rədd edib.

AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, indi Böyük Britaniya ya alternativ variant təklif etməli, ya da aprelin 12-də Avropa İttifaqından çıxmalıdır. Parlamentin 286 deputatı sazişin lehinə, 344 deputatı isə əleyhinə səs verib.

Qeyd edək ki, Nazirlər Kabineti ölkənin Avropa İttifaqından bir qədər sakit şəkildə çıxması və dərin siyasi böhrana son qoyulması üçün deputatların sazişin lehinə səs verəcəklərinə ümid edirdi. Lakin bu, belə olmadı.