XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 February 2016 - 16:09

İranda parlament seçkilərindəmühafizəkarlar uduzdu

Presidential candidate Hassan Rohani casts his ballot during the Iranian presidential election in Tehran June 14, 2013. Millions of Iranians voted to choose a new president on Friday, urged by Supreme Leader Ayatollah Ali Khamenei to turn out in force to discredit suggestions by arch foe the United States that the election would be unfair. REUTERS/Yalda Moayeri (IRAN - Tags: POLITICS ELECTIONS) ORG XMIT: CJF14 

 

İranda  Prezident  Həsən  Ruhanini  dəstəkləyən  mötədil qüvvələr parlament seçkilərində böyük qələbə qazanıb.

Səslərin 90 faizi sayılıb və islahpərəst "Ümid Siyahısı" Tehran nümayəndələri üçün parlamentdə ayrılan 30 deputat yerinin hər birini qazanıb.

Ən çox səs qazanan mühafizəkar namizəd Qolaməli Həddad-Adil 31-ci yerdədir.

Bu, İranla Qərb ölkələri  arasında imzalanmış nüvə sazişinin əldə olunmasından sonra keçirilən ilk seçkidir.

Cümə günü milyonlarla adam həm 290 deputatı, həm də Ekspertlər Şurasının tərkibini seçmək üçün səs verib.

88 nəfərdən ibarət olan Ülamalar Məclisi  İranın Ali Rəhbərini təyin edir.

İlkin nəticələrə görə Həsən Ruhani ilə onun müttəfiqi olan sabiq prezident Əkbər Haşemi Rəfsəncani Üləmalar Məclisinə seçkilərdə ən çox səs qazanıblar.

İslamçı mühafizəkarların əsas namizədi olan Ayətullah Tağı Mesbah Yazdi isə siyahıda son yerlərdən birini tutur.

Parlament seçkilərinin Tehrandakı nəticələri xüsusilə əhəmiyyətlidir, çünki parlamentin istiqamətini, əsasən paytaxtda seçilən deputatlar təyin edir.

Buna baxmayaraq paytaxtdan kənarda islahatpərəst namizədlərin nəticələri o qədər yaxşı olmayıb.

BBC