XƏBƏR LENTİ

23 Yanvar 2021

Digər Xəbərlər

30 Mart 2019 - 11:04

Yaponiya hökuməti ölkədə işsizlik və iqtisadi göstəricilər barədə məlumatları dərc edib- Rəqəmlər

Yaponiya Ümummilli Məsələlər, Yerli Muxtariyyət və Rabitə Nazirliyinin dərc etdiyi məlumata görə, fevralda ölkədə işsizlik fəsil dəyişmələri nəticəsində 2,3 faiz olub.

Azərtac xəbər verir ki, bu rəqəm yanvardakı göstərici ilə müqayisədə 0,2 faiz azalıb.

Məlumatda, həmçinin bildirilir ki, Yaponiyada sənaye istehsalı fevralda son dörd ayda ilk dəfə olaraq artaraq yanvardakı göstəricini 1,4 faiz üstələyib. İxrac məqsədilə avtomobil mühərriklərinin və yarmkeçiricilərin istehsalı üçün avadanlıq istehsalında Çində iqtisadi inkişaf səviyyəsinin zəifləməsi nəticəsində azalmadan sonra yeni artım müşahidə edilməyə başlayıb. Lakin buna baxmayaraq, yanvaradək olan səviyyəyə çatmaq mümkün olmayıb.

Hökumətin proqnozlarına görə, ölkə iqtisadiyyatı martda 1,3 faiz, apreldə isə 1,1 faiz artım nümayiş etdirəcək. Bununla yanaşı, ümumilikdə baza qiymətləndirməsi baxımından sənaye məhsulları buraxılışının azalacağı gözlənilir.