XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 February 2016 - 17:18

Ərdoğan Konstitusiya Məhkəməsinin qərarına hömət etmədiyini açıqlayıb

 

erdoqan-23

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  Konstitusiya Məhkəməsinin həbs olunan jurnalistlər Can Dündar və Erdem Gün barəsində çıxardığı qərara hörmət etmədiyini açıqlayıb.

 

Ərdoğan Qərbi Afrika ölkələrinə səfərindən əvvəl hava limanında jurnalistlərlə söhbətində bu barədə bildirib: “Mən Konstitusiya Məhkəməsinin verdiyi qərarala bağlı sadəcə səssiz qalaram, bu qədər. Amma bunu qəbul etmək məcburiyyətində deyiləm. Qərara əməl etmirəm, hörmət də etmirəm”.

 

Xatırladaq ki, jurnalistlər Can Dündar və Erdem Gün Konstitusiya Məhkəməsi Türkiyənin xüsusi xidmət orqanları ilə bağlı “Cümhuriyyət” qəzetində dərc olunan bir məqalə ilə bağlı casusluq ittihamı ilə həbs olunublar. Konstitusiya Məhkəməsinin qərarında isə bildirilib ki, “jurnalistlərin hüquqları pozulub”.

 

Türkiyə prezidenti isə bildirib ki, “mənə görə medianın sərhədsiz müstəqilliyi ola bilməz.  Dünyanın heç bir yerində medianın sərhədsiz azadlığı yoxdur. Bu xəbərlərdə,  bu ölkənin Baş nazirinə, Prezidentinə hər cür hücum var. Yəni, KİV təmsilçisi, istər yazılı, vizual olsun, Prezidentə, Baş nazirə istədiyi kimi hücum edəcək, istədiyi kimi iftira oyunlarının içinə girəcək və biz bu məsələlərdə müşahidəçi qalacağıq. Belə bir şey ola bilməz”.

Strateq.az