XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

30 Mart 2019 - 16:48

Türkiyə sərhədçilərinə hücuma hazırlaşan terrorçular məhv edilib- Hava zərbəsi ilə

Türkiyə Silahlı Qüvvələrinin qırıcıları İraqın şimalında yerləşən Hakurk, Avaşin-Basyan bölgələrindəki və Qəndil dağındakı PKK terrorçu qruplarına məxsus düşərgə və sığınacaqları bombalayıb.

Azərtac xəbər verir ki, “Pençe” kod adı ilə paralel həyata keçirilən antiterror əməliyyatları nəticəsində Türkiyə sərhədçilərinə qarşı hücuma hazırlaşan terrorçu qrup zərərsizləşdirilib. Məhv edilənlər arasında PKK-nı idarə edən təhlükəli terrorçular da olub.