XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 March 2019 - 17:53

Rusiya Ermənistanda hərbi təlim keçirəcək- Aprelin 1-dən 14-dək

Rusiya təyyarəçiləri Ermənistanın Baqramyan poliqonunda aprelin 1-dən 14-dək əməliyyat-taktiki təlimi keçirəcək.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Cənub Hərbi Dairəsinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təlimdə iştirak edəcək “MiQ-29” qırıcıları Rusiyanın Ermənistandakı Erebuni aviasiya hərbi bazasının ehtiyat aerodromuna yerləşdirilib.

Təlimdə 20-yə yaxın “MiQ-29” qırıcı, 200-dən çox hərbçi və mühəndis-texniki heyət iştirak edəcək.

Ermənistan silahlı qüvvələrinin hərbçiləri ilə ikitərəfli təlimin keçirilməsi nəzərdə tutulub.