XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 March 2019 - 18:55

İsrail-Qəzza sərhədində nümayiş keçirilir- 40 min fələstinlinin iştirakı ilə

İsrail-Misir blokadasının aradan qaldırılmasına qarşı yönələn həftəlik nümayişlərin il dönümünü qeyd etmək üçün İsrail-Qəzza sərhədindəki çəpərin önündə 40 min fələstinli nümayiş keçirir.

ONA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumatda bildirilir ki, nümayişçilərdən biri – 21 yaşlı Məhəmməd Səəd öldürülüb, 33-ü isə yaralanıb. Nümayişçilər tərəfindən çəpərə çox sayda qumbara və partlayıcı qurğular atılıb, təkərlər yandırılıb.