XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

30 Mart 2019 - 19:07

Misir Məhkəməsi 18 ekstremisti ömürlük həbs cəzasına məhkum edib

Qahirə Cinayət Məhkəməsi bu gün İŞİD terror təşkilatına qoşulmaqda və İsgəndəriyyə əyalətində terrorçuluq özəyi yaradılmasında təqsirləndirilən 18 nəfər müttəhimi ömürlük, daha 8 nəfəri 15 il və 4 nəfəri isə 10 il həbs cəzasına məhkum edib.

AZƏRTAC xəbər verir ki, ümumilikdə bu cinayət işi üzrə 30 müttəhim istintaqa cəlb olunub. Müttəhimlər, həmçinin güc strukturları nümayəndələrinə, xristianlara və kilsələrə, həmçinin ölkədə milli birliyə zərbə vurmaqda, sabitliyin və təhlükəsizliyin pozulması məqsədilə həyati vacib obyektlərə hücumun hazırlanması məqsədilə terrorçuluq özəyinin maliyyə, silah və partladıcı maddələrlə təmin edilməsində təqsirləndirilirlər. Ekstremistlər hüquq-mühafizə orqanları tərəfindən yaxalanana qədər İsgəndəriyyənin Al-Asafra rayonunda yerləşən kilsələrin birinə terror hücumu planlaşdırıblar.

Bütün müttəhimlər terror aktlarının hazırlanmasında və İŞİD-dən təlimat almaqda öz günahlarını tamamilə etiraf ediblər.