XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

30 Mart 2019 - 21:55

Roma Papası Mozambik, Madaqaskar və Mavrikiyə səfər edəcək

Roma Papası Fransisk bu ilin sentyabr ayında Mozambik, Madaqaskar və Mavrikiyə səfər edəcək.

Azərtac ANSA agentliyinə istinadla xəbər verir ki, Papanın səfəri adıçəkilən dövlətlərin rəhbərləri və yepiskoplarının dəvəti əsasında reallaşır.

Vatikanın mətbuat xidmətinin müvəqqəti direktoru Alessandro Qizotti bildirib ki, səfərlərin tarix və proqramı haqqında yaxın vaxtlarda açıqlama veriləcək.