XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

30 Mart 2019 - 22:26

“Toyota”nın 3 milyonadək müştərisinin məlumatları oğurlanıb- Şirkət bəyanat yayıb

Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış “Toyota Motor Corp.” şirkəti bir sıra diler mərkəzlərində və filiallarda onun sisteminə edilən qeyri-qanuni müdaxilələr nəticəsində iri miqyasda fərdi məlumatların oğurlanmasının mümkünlüyü barədə bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, şirkət tərəfindən yayılan məlumatda deyilir: “2019-cu il martın 21-də bizim ticarət şöbələrində və beş filialda sistemə qeyri-qanuni müdaxilə qeydə alınıb. Bunun nəticəsində 3,1 milyon nəfərin fərdi məlumatlarının oğurlandığı güman edilir. Həmin fərdi məlumatlarda kredit kartları barədə informasiya yoxdur”.

Həmçinin qeyd edilir ki, şirkət “Toyota Group”un tərkibinə daxil olan bütün dilerlərdəki informasiyaların qorunması üçün lazım olan tədbirləri görür. “Biz “Toyota” və “Lexus” avtomobillərindən istifadə edən bütün müştərilərimizdən baş vermiş narahatlığa görə üzr istəyirik”, – deyə məlumatda vurğulanır.