Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları Rumıniyadan və Almaniyadan olan həmkarları ilə birgə Avropanın transmilli heroin qaçaqmalçılığının qarşını alıb.
Əməliyyat Ukrayna ərazisindən Avropaya külli miqdarda narkotik maddənin daşınması barədə məlumata əsasən keçirilib. Üç ölkənin təhlükəsizlik xidmətlərinin uğurlu birgə əməliyyatı nəticəsində 120 kiloqramdan çox heroin qaçaqmalçılıq yolu ilə aparılarkən saxlanılıb. Ələ keçirilən heroin “qara bazar”da 10 milyon avro dəyərində qiymətləndirilir(azərtac).