XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 March 2019 - 20:24

Estoniya prezidenti hərbçilərlə birgə 30 kilometrlik yürüşdə iştirak edib- FOTO

Estoniya Prezidenti Kersti Kalyulayd Müdafiə Qüvvələrinin veteranları, ölkə və NATO hərbçiləri, həmçinin güc strukturlarının nümayəndələri ilə birlikdə 15 kiloqramlıq yüklə 30 kilometr məsafəyə yürüşdə iştirak edib.

Azərtac xəbər verir ki, bu barədə məlumat Kersti Kalyulaydın Facebook səhifəsində yer alıb. Qadın prezident Estoniyanın Alyansa daxil olmasının 15 illiyini bu şəkildə qeyd etmək qərarına gəlib.

“Skaut yürüşü” aksiyasına ümumilikdə 1,3 minə yaxın insan qatılıb. Güc strukturlarının nümayəndələri yürüşə tabel silahları və 10 kiloqramlıq yüklə çıxıblar. Digər iştirakçılar isə silahı beş kiloqram əlavə yüklə kompensasiya etməli olub.

Baltikyanı respublikanın qadın prezidenti üçün böyük idman yükü nadir hal sayılmır. O, ötən ilin fevralında Tamsalu-Neerut xizək marafonunda 30 kilometr məsafəni 2 saat 13 dəqiqə 30 saniyəyə qət edərək finişə 223-cü çatıb. Noyabrda isə dünyanın ən böyük yarışlarından biri olan Nyu-York marafonuna qatılaraq 42,2 kilometr məsafəni 4 saat 2 dəqiqə 40 saniyəyə başa vurub.