XƏBƏR LENTİ

24 Fevral 2020
23 Fevral 2020

Digər Xəbərlər

31 Mart 2019 - 18:37

Heç vaxt siyasətlə məşğul olmayan xanım prezident seçildi –Solavakiya tarixində bir ilk

Slovakiya prezidenti, müxalifətçi fəal və hüquqşünas Zuzana Caputova oldu. O, seçkinin ikinci mərhələsində 58 faizdən artıq səs toplayıb. Onun rəqibi hakim “Smer” partiyasının namizədi, Avropa komissiyası rəhbərinin müavini Maros Sevçovic idi. Sevçoviç artıq Caputovanı qələbə münasibətilə təbrik edib.

Beləliklə Zuzana Çaputova Slovakiyanın tarixində ilk qadın prezident olub. 45 yaşlı hüquqşünas əvvəllər siyasətlə məşğul olmayıb. O, zibil poliqonu və korrupsiya ilə mübarizəyə başladıqdan sonra məşhurlaşıb.

Sağ-liberallar və avropayönümlü qüvvələrin geniş kolaisiyası mübarizədə onu dəstəkləyiblər. Çaputova, cinsi azlıqlar və abort hüququnun müdafiəçisi kimi də tanınır. Özü də deyir ki, bütün slovakların prezidenti olmaq istəyir.

Bu hakim “Smer”partiyası üçün ikinci məğlubiyyət hesab olunur. Bu partiyanın nüfuzu ötən il araşdırmaçı jurnalist Yan Kutsiak və qız dostunun qətlindən sonra düşməyə başladı. Slovakiyada prezident umumseçki yolu ilə 5 illiyə seçilir. Onun səlahiyyətləri məhdud olsa da rəmzi də deyil.

Baş nazirliyə , Konstitusiya məhkəməsinin hakimliyinə namizədləri o irəli sürür, 2/3 səslə qəbul edilmiş qərarları çıxmaq şərtilə digər qanunlara veto qoya bilir İndiki prezident Andrey Kiska ikinci müddət uğrunda mübarizədən imtina etdi.

(Azadlıq radiosu)