XƏBƏR LENTİ

11 İyul 2020
10 İyul 2020

Digər Xəbərlər

31 Mart 2019 - 21:38

Ukraynada prezident seçkilərinin ilkin nəticələri açıqlandı –Zelenski və Poroşenko daha çox səs toplayıb

Ukraynada keçirilən prezident seçkiləri ilə bağlı “exit-poll”un ilkin nəticələri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Ukraynanın 3 yerli təşkilatının apardığı “exit-poll”un nəticələrinə görə, 30,4 faiz Vladimir Zelenski, 17,8 faiz Petro Poroşenko, 14,2 faiz Yuliya Timoşenko, 9,8 faiz Yuri Boyko, 7,1 faiz isə Anatoli Qriçenko seçicilərin səsini toplayıb.

Ukrayna MSK-sı 44 nəfərin prezidentliyə namizədliyini qeydə alsa da, sonradan 5 nəfər namizədliyini geri götürüb. Seçki bülletenində 39 namizədin adı qeyd olunub. Ukraynanın seçki tarixində bu, rekord göstəricidir. Ona görə də seçki bülleteni rekord uzunluqda 80 sm-dir.