Türkiyədə keçirilən bələdiyyə seçkilərində səslər sayılmağa davam edir.
Musavat.com xəbər verir ki, İstanbulda səslərin 80 faizi artıq sayılıb. Binali Yıldırım 49,8 faiz səslə ilk sıradadır. Ekrem İmamoğlu 47,65 faiz səslə ikincı sıradadır.
Bu arada, Binali Yıldırım artıq “təşəkkür çıxışı”na hazırlaşır. O, tvitter sosial şəbəkəsində şəkil paylaşıb. Əlindəki kağızın üstündə “31 mart təşəkkür çıxışı” yazılması diqqət çəkib. Binalı Yıldırımın bu fotosu qısa müddətdə çox sayda paylaşılıb.