XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

28 Fevral 2016 - 20:19

Rusiyada mədən qəzası:36 ölü

 

Rusya'da maden faciası: 36 ölü

Rusiyanın şimalındakı Vorkuta bölgəsində bir kömür mədənində meydana gələn qəzada 5 xilasediciylə birlikdə, 36 adam ölüb.

Strateq.az xəbər verir ki, məlumatı Rusiyanın Fövqəladə hallar naziri Vladimir Puçkov təsdiqləyib.

Nazir onu da bildirib ki, mədəndəki vəziyyət əlverişli olmadığından xilasetmə çalışmaları dayandırılıb: “26 mədənçinin olduğu bölümdə istilik artmış, oksigen qalmamışdı”.

Qeyd edək ki, cümə axşamı günü baş verən partlayış nəticəsində 4 mədənçi ölmüş, 26-si isə içəridə qalmışdı. Bu gün onları xilas etməyə gələn heyətin öz işlərinə davam etdiyi sırada növbəti partlayış olub, 5 xilasedici də həyatını itirib.

Hadisənin yaxın tarixdə Rusiyada baş verən ən ağır mədən qəzası olduğu bildirilir.