Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən bələdiyyə seçkilərinin nəticələrini şərh edib.
Avropa.info xəbər verir ki, Ərdoğan jurnalistlər üçün açıqlama verib. “Millətimiz iradəsini bir daha əks etdirirdi. Seçimin sonuclarının ölkəmiz, millətimiz, şəhərlərimiz və məhəllələrimiz üçün xeyirli olmasını Allahdan diləyirəm. Seçilən bələdiyyə sədrlərini təbrik edirəm. Nəticələr göstərir ki, AK Partiya olaraq biz 2002-ci il noyabrın 3-də keçirilən seçkilərdən sonra, yenə də böyük səs faizi ilə birinci partiya olduq. “Cumhur İttifaqı” ortaqımız MHP ilə bir araya gələrək, qalib olduq. Əlbəttə, AK Partiya və Cumhur İttifaqı baxımından qazanan və itirdiyimiz bələdiyyə başçılarımız var. Bu millətimizin təqdiridir. Qəbul etmək lazımdır” – Ərdoğan belə deyib.