Protokolların 0,12%-nın yekunlarına əsasən Ukraynanın hazırkı rəhbəri Pyotr Poroşenko prezident seçkilərində irəlidədir.
ONA-nın TASS-a istinadən yaydığı xəbərinə görə, P. Poroşenko 28,69% səs toplayıb. İkinci yerdə 24,27% səs ilə “Xalqın nökəri” partiyasının namizədi Vladimir Zelenskiy qərarlaşıb. “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko 15,12% səs ilə üçüncüdür.