XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

01 Aprel 2019 - 15:18

Kremldən Paşinyana zəng gəldi –Baş nazir İlham Əliyevlə görüşün detallarını Putinə açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Strateq.az erməni KİV-nə istinadən xəbər verir ki, Ermənistanın hökumət başçısı Vyana görüşü barədə Putinə geniş hesabat verib. Paşinyan Putinə Vyanada İlham Əliyevlə baş tutan görüşün detalları barədə məlumat verib.

Bununla yanaşı iki ölkə başçısı aprelin 4-də Moskvada keçiriləcək Ermənistan-Rusiya hökumətlərarası komissiyasının iclasının vacibliyini də vurğulayıblar. Bununla yanaşı tərəflər Avrasiya İttifaqı çərçivəsində aparılan əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.