XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

02 Aprel 2019 - 12:39

Nursultan Nazarbayev:"İnanıram ki, yeni prezident gözləntilərimə cavab verəcək"

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev yeni dövlət başçısı Kasım-Jomart Tokayevin onun gözləntilərinə cavab verəcəyinə inanır.

O, bu barədə Alma-Ata viləyətindəki doğma Şamalqan kəndinin sakinləri ilə görüşdə bildirib.

“Bilirsiniz ki, bu yaxınlarda başqa işə keçmək qərarına gəldim və prezidentliyi təhvil verdim. Çünki hər nəslin öz vaxtı var, görməli olduğu işlər var. Ölkə rəhbərliyində ən yüksək vəzifəyə keçdim, nə baş verdiyini gördüm və strateji problemlərinə diqqət yetirməyi qərara aldım. Mənim yerimə gəlmiş Prezident Kasım-Jomart Tokayevin gözləntilərimi boşa çıxarmayacağına inanıram”, – deyə N.Nazarbayev qeyd edib.

Xatırladaq ki, N.Nazarbayev martın 20-də Qazaxıstan Prezidenti səlahiyyətlərini təhvil veribdövlət başçısı isə buna qədər ölkə parlamentinin Senatının (yuxarı palata) sədri vəzifəsində çalışan Kasım-Jomart Tokayev olub. (Report)