XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

02 Aprel 2019 - 15:04

İranın Xuzistan vilayətində fövqəladə vəziyyət elan olunub –Səbəb

İranın Xuzistan vilayətində fövqəladə vəziyyət elan olunub.

AZƏRTAC xəbər verir ki, aramsız yağışların yağması yeni sel ehtimalını artırıb. Vilayətin valisi Qulamrza Şəriəti jurnalistlərə bildirib ki, sel ehtimalının artması ilə əlaqədar daxili işlər naziri vilayətdə fövqəladə vəziyyət elan edib. Bütün dövlət və özəl müəssisələrin fəaliyyəti dayandırılıb. Sel olacağı təqdirdə insanların təxliyəsi istiqamətində tədbirlər davam edir. Təcilli tibbi yardım və suyun çaylara yönəldilməsi üçün yanğınsöndürən maşınlar hazır vəziyyətdədir.

Böhranlı vəziyyətin idarə edilməsi üçün yaradılan qərargahın rəhbəri, daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli deyib ki, əhalinin ərzaq və digər ilkin tələbat malları ilə təmin edilməsində heç bir problem yaranmayacaq.

Xatırladaq ki, ötən həftə aramsız yağan yağışlar İranın Gülüstan, Xuzistan, Gilan, İsfahan və başqa vilayətlərində selin yaranması ilə nəticələnib, təsərrüfatlara ciddi ziyan dəyib. Təbii fəlakət nəticəsində 50 yaxın insan həlak olub.