Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən A.F.Mojaysk adına Hərbi-Kosmik Akademiyanın ərazisində minanın partlaması nəticəsində 4 nəfər yaralanıb.
“Report” “Lenta.ru”ya istinadən xəbər verir ki, kursantlar və akademiyanın əməkdaşları binadan təxliyyə ediliblər.
Hadisə yerində Rusiya Federal Təhlükəsizlik Xidməti, İstintaq Komitəsi və prokurorluq əməkdaşları araşdırma aparır.