XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

03 Aprel 2019 - 15:56

Malayziyanın keçmiş Baş naziri ömürlük həbs edilə bilər- Korrupsiyada ittiham olunur

Malayziyanın keçmiş Baş naziri Nacib Razak korrupsiya və milyonlarla avro məbləğində dövlət əmlakının mənimsənilməsində ittiham olunur.

“Report” “dw”ya istinadən xəbər verir ki, aprelin 3-də onun məhkəmə prosesi başlayıb.

Bildirilib ki, ittihamlar təsdiqlənəcəyi halda, 65 yaşlı keçmiş hökumət başçısı ömürlük azadlıqdan məhrum ediləcək.

N.Razak 2009-2018-ci illərdə Malayziyanın Baş naziri olub.

Qeyd edək ki, bu ölkədə son 60 ildən çox müddətdə ilk dəfə olaraq müxalifət parlament seçkilərində qalib gəlmişdi. 2018-ci il mayın 10-da Malayziyanın sabiq Baş naziri Mahathir Məhəmmədin rəhbərlik etdiyi “Ümid alyansı” müxalifət koalisiyası ölkə tarixində ilk dəfə olaraq parlament seçkilərində qalib gəlib.