XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

03 Aprel 2019 - 16:42

Əlcəzair Konstitusiya Şurası prezidentin istefası məsələsinin müzakirəsinə başlayıb

Əlcəzair Konstitusiya Şurası Prezident Əbdüləziz Buteflikanın istefası məsələsini müzakirəyə çıxarıb.

AZƏRTAC xəbər verir ki, Algerie-direct portalının yaydığı məlumata görə, Əbdüləziz Buteflika səhhəti səbəbindən istefaya getmək istəyi barədə Konstitusiya şurasının rəhbərinə müraciət edib.

Əlcəzair konstitusiyasının 102-ci maddəsinə əsasən, prezident səhhəti ilə əlaqədar vəzifələrini icra edə bilmədikdə Konstitusiya Şurasına müraciət etmək hüququna malikdir. Qurum isə öz növbəsində xüsusi iclas çağıraraq müraciəti müzakirə etməlidir. Bundan sonra ölkə parlamenti prezidentin vəzifəsindən vaxtından əvvəl getməsinə dair səsvermə keçirməlidir.

Prezidentin istefasından sonra Xalq Şurasının spikeri Əbdülqadir Bensaleh dövlət başçısı funksiyalarını növbəti üç ay ərzində öz üzərinə götürməlidir. Həmin müddətdə prezident seçkiləri təyin olunmalı və keçirilməlidir.