XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

03 Aprel 2019 - 17:53

Buşehr Atom Elektrik Stansiyası yenidən fəaliyyətə başlayacaq- Gələn aydan

İranın cənubunda yerləşən Buşehr Atom Elektrik Stansiyası may ayının ortalarında yenidən fəaliyyətə başlayacaq.

Trend-in məlumatına görə, bunu Buşehr AES-nin İstismarı Şirkətinin icra direktoru Hüseyn Qəffari deyib.

H.Qəffarinin sözlərinə görə, Buşehr AES-i təmirə dayandığı vaxtda stansiyanın yanacağının üçdə biri dəyişdiriləcək, həmçinin avadanlıqlar quraşdırılacaq.

AES rəsmisi bildirib ki, indiyədək stansiya 35 milyard kilovat saatdan çox elektrik enerjisini ölkənin elektrik şəbəkəsinə ötürüb. AES-in istehsal etdiyi elektrikin dəyəri 55 milyon barrel xam neftə bərabərdir.