“ABŞ “Patriot” zenit-raket kompleksi ilə bağlı təklif irəli sürsə də, onu satacağına təminat verməyib”.
“Report” THM-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
“S-400” zenit-raket kompleksi ilə bağlı müqavilə başa çatmış bir razılaşmadır. ABŞ isə “Patriot”la bağlı təklif irəli sürsə də, onun satışı ilə bağlı təminat verməyib”, – deyə o vurğulayıb.