XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

03 Aprel 2019 - 18:32

Hər il 2,6 milyon ton istifadəyə yararlı ərzaq məhsulları məhv edilir- İsveçrədə

Dünyanın ən inkişaf etmiş ölkələrindən biri olan İsveçrə ərzaq israfçılığına görə də öncül yerlərdən birini tutur.

AZƏRTAC xəbər verir ki, hər il bu ölkədə 2,6 milyon ton istehlaka yararlı ərzaq məhsulları tullantı kimi məhv edilir. Məhv edilən ərzaq məhsullarının yalnız 5 faizi pərakəndə satışla məşğul olan supermarket şəbəkələrinin payına düşür. Belə ki, qanunla ərzaq məhsullarının üzərində son istifadə tarixi göstərilməlidir və son istifadə tarixi yaxınlaşan ərzaq məhsulları supermarketlər tərəfindən satışdan çıxarılaraq tullantı konteynerlərinə atılır. Məhv edilən istifadəyə yararlı ərzağın 30 faizi emal prosesinin, təxminən 3 faizi topdansatış mərkəzlərinin, beş faizi isə qastronomiya obyektlərinin payına düşür.

İsveçrədə istifadəyə yararlı ərzağın ən çox tullantı kimi məhv edildiyi məkan isə ev-məişət şəraitidir. Statistikaya görə, tullantıya çevrilən ərzağın tam yarısı əhalinin aldığı və istifadə etmədən zibil qutusuna atdığı yararlı ərzaq məhsullarından ibarətdir.

Avropanın bir sıra ölkələrində (məsələn, Fransa və Çexiyada) supermarket şəbəkələri satılmayan və ya vaxtı bitməkdə olan ərzaq məhsullarını xeyriyyə təşkilatlarına təhvil verməlidirlər. İsveçrədə də belə təşkilatlar mövcud olsa da, qanunla supermarketlərin üzərinə heç bir öhdəlik qoyulmur.