XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

03 Aprel 2019 - 19:31

Rumıniya NATO-nun Qara dənizdə ən böyük təlimlərinə ev sahibliyi edəcək- Aprelin 5-dən 13-nə kimi

Rumıniya hərbi-dəniz qüvvələri aprelin 5-dən 13-nə kimi ölkənin ərazi sularında və Qara dənizin beynəlxalq sularında keçiriləcək ən böyük “Sea Shield-19” beynəlxalq təlimlərinə start verəcək.

Azərtac xəbər verir ki, bu barədə Rumıniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərdə 14 rumın və 6 Bolqarıstan, Kanada, Yunanıstan, Hollandiya və Türkiyə hərbi gəmisi iştirak edəcək. Bundan əlavə Rumıniya Hava qüvvələri tərəfindən Miq-21, F-16 təyyarələri, ABŞ və Türkiyədən iki dəniz patrul təyyarəsi iştirak edəcək. Ümumiyyətlə təlimlərə 2 min 200 hərbiçi cəlb olunacaq. Onlar sualtı, səth və hava təhlükələrinə qarşı kompleks tədbirlər görəcəklər.